Вернуться назад Распечатать

Binəqədi rayonunda talama cinayətində şübhəli bilinən iki nəfər saxlanılıb

Binəqədi rayon sakini polisə müraciət edərək bildirib ki, naməlum şəxslər onun yaşadığı evə daxil olaraq kəsici alətlə hədələyib və mobil telefonunu talayıblar.

1xeber.media xəbər verir ki,Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 39 yaşlı M.Əliyev və 38 yaşlı G.Əkbərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.