Вернуться назад Распечатать

Binəqədidə 10 minlik OĞURLUQ

Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub. Polisə müraciət edən zərərçəkmiş dekabrın 16-da evindən 10.000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib. 

1xeber.media xəbər verir ki,Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.