Вернуться назад Распечатать

DİN Mətbuat Xidməti MƏLUMAT YAYDI

1xeber.media xəbər verir ki,dekabrın 19-da ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

 Axtarışda olduğuna görə ümumilikdə 177, o cümlədən borclu şəxs qismində axtarışda olan 151 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

 Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.