Вернуться назад Распечатать

Ağdaşda narkotiklərin dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1xeber.media  verilən məlumata görə, tədbirlərlə rayon sakinləri – Elnur Əhmədzadə, Elvin İsmayılov, İlqar Ələkbərov və Elman Kərimov saxlanılıblar.

Onların yaşadıqları ünvanlardan və idarə etdikləri avtomobillərdən ümumilikdə 2 kiloqram marixuana aşkar olunub. 
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.