Вернуться назад Распечатать

Abşeronda usta işlədikləri evdən 5 min manatlıq qızıl oğurlayan şəxslər saxlanılıblar

Abşeron rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Cavadov və N.Mustafayev müəyyən edilərək saxlanılıblar.

1xeber.media xəbər verir ki.araşdırmalar zamanı onların qızıl-zinət əşyalarını usta kimi işlədikləri mənzildən oğurladıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.