Paytaxtın Sabunçu rayonunda yerləşən evlərin birindən müxtəlif məbləğdə pul vəsaiti, 2200 manat dəyərində qızıl-zinət və məişət əşyaları naməlum şəraitdə oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.İsgəndərov saxlanılıb.
1xeber.media xəbər verir ki.rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə zərərçəkənə məxsus 3000 manat məbləğində pul vəsaiti və digər şəxsi əşyaları oğurlamaqda şübhəli bilinən T.Əliyev də saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.