Lənkəranda üç yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən şəxs saxlanılıb.
1xeber.media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Qismət Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 2023-cü il təvəllüdlü Ə.E. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Valideynləri övladlarının digər uşaqlarla oynayarkən xəsarət aldığını qeyd etsələr də, 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir.