Вернуться назад Распечатать

Pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər müəyyən olundu

Son iki gün ərzində Sabunçu rayonunda pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər müəyyən olunub

1xeber.media xəbər verir ki.polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda son iki gün ərzində keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb. 
Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.