31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkə ərazisində təhlükəsizlik tədbirləri diqqət mərkəzində saxlanılır.
Polis əməkdaşları avtomobil yollarında və insanların sıx toplaşdığı məkanlarda təhlükəsizliyinin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər.
Hər kəsə qaydalara və ictimai asayişi qoruyan polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyi tövsiyə edirik.