Bu gün səhər saat 10:30 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qəza qeydə alınıb.
1xeber.media xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış 77-FF-02 Tacikistan dövlət nömrə nişanlı “Volvo” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.