Вернуться назад Распечатать

AVİS Tibbi Marketlər Şəbəkəsi istehlakçıları aldadıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar – dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.

1xeber.media  Teleqraf.com-a istinadən xəbər verir ki, inzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də AVİS Tibbi Marketlər Şəbəkəsidir.

Ötən ilin mart ayında da tərtib olunmuş protokola görə, “MAYMED-AVİS” MMC qeyri-qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.

Bununla MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndini pozub. İnzibati Xətalar Məcəlləsinə görə, “MAYMED-AVİS” malın hesabına dair istehlakçıları aldadıb.