Вернуться назад Распечатать

Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlanılıb

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən rayon sakinləri E.Muradov və T.Abasov saxlanılıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1xeber.media verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.
Sürücülər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.