Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1xeber.media Unikal-a istinadən xəbər verir ki, dünən saat 13 radələrində rayonun Qədimqala kənd sakini 2000-ci il təvəllüdlü Anar Məşədiyevin yaşadığı evin həyətində üzərinə beton plitə düşüb. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Bəbəxt hadisə nəticəsində ölən gəncin sabah nişan mərasimi olacaqmış.