Вернуться назад Распечатать

Nizami rayonunda nəqliyyat vasitəsini qaçıran şəxs saxlanıldı

Nizami rayonu M.Əliyev küçəsində “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən T.Bulğuyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.