Вернуться назад Распечатать

Nəsimi rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb

Yanvarın 20-si Nəsimi rayonu Moskva prospektində yerləşən marketlərin birindən 940 manatlıq oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub. 

1xeber.media xəbər verir ki Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı Ş.Abbasov müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.