Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
1xeber.az xəbər verir ki bu barədə məlumat "bizim Lənkəran" Facebook səhifəsində paylaşılıb. Məlumatda bildirilib ki, Lənkəranın Mamusta kəndindən olan, Rusiya ordusunun sırasında müharibədə iştirak edən 1984-cü il təvəllüdlü Şahmar Ataman oğlu Hüseynov həlak olub.
Mərhumun cənazəsi bu gün Mamusta kəndinə gətirilərək dəfn ediləcək.