Вернуться назад Распечатать

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi MƏLUMAT YAYDI

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı yeni quraşdırılmış svetofor yararsız vəziyyətə düşüb.

1xeber.media xəbər verir ki  DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni svetoforun quraşdırılması işlərinə başlanılacaq.