Вернуться назад Распечатать

Müdafiə Nazirliyi yanğınla bağlı məlumat yaydı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib. 

Bu barədə 1xeber.media-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının başqa ərazilərə keçməsinin qarşısı tezliklə alınıb və qısa müddətdə söndürülüb. Yanğın zamanı xəsarət alan yoxdur.