Вернуться назад Распечатать

Tanınmış idmançı Kamil Zeynallı şəhid atasını ziyarət edib

 8 Noyabr Zəfər Bayramı münasibətilə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ailələri ziyarət edildi, onların xatirələri dərin ehtiramla yad olundu. 

1xeber.media xəbər verir ki, idmançı və tanınmış blogger Kamil Zeynallı vətənpərvərliyi ilə hər zaman seçilib. İstər 44 günlük haqq savaşımızda istərsədə ondan sonrakı müddətdə hər zaman hərbiçilərimizin, şəhid ailələrimizin yanında olaraq, onlara maddi və mənəvi dəstək olub. 

Kamil Zeynallı bu dəfədə şəhid ailələrini ziyarət etdi. O, Qəbələ şəhərinə gedərək şəhidimiz Tapdığın atası Çingiz kişini ziyarət edib. Onunla görüşərək şəhid atasının könlünü xoş edib. Tanınmış idmançı şəhid atası ilə görüşünü əks etdirən video görüntüləri Instagram sosial şəbəkə hesabında paylaşıb. 


Həmin görüntülər:

Qeyd edək ki, Kamil Zeynallı 8 Noyabr Zəfər Bayramı münasibətilə şəhid ailələri və qazilərlə görüşündən paylaşılan videonu da sizlərə təqdim edirik :