İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Bint Cbeyl bölgəsində “Hizbullah” hərəkatının səhra komandirini zərərsizləşdirib.
1xeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Ordunun mətbuat xidməti həmçinin bildirib ki, hərbçilər bu ərazidə əməliyyat zamanı müxtəlif təyinatlı silahlar aşkar edib və məhv ediblər.
Mətbuat xidmətinin məlumatına görə, məhv edilən obyektlər arasında raket buraxılış qurğuları zənciri, tank əleyhinə “Kornet” raket buraxılış qurğusu, raketlər və əlavə hərbi texnika olub.