Вернуться назад Распечатать

Messi Azərbaycana gəlir

Argentina millisinin və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messinin Azərbaycana səfəri nəzərdə tutulub.

O, dekabr ayının 12-15-i aralığında, yaxud 2025-ci ilin yanvar ayının 22-25-i aralığında Azərbaycana səfər edə bilər.

Qeyd edək ki, daha öncə əfsanəvi futbolçu Ronaldinyo Quaço, “Barselona” klubunun prezidenti Xuan Laporta BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizə səfər ediblər.

Xatırladaq ki, bir qədər əvvəl Mesinin Bakıya gələcəyi açıqlanmışdı.