Вернуться назад Распечатать

İş adamının klubu ilk dəfə çempion oldu

"Krasnodar" futbol klubu finalda "Dinamo"ya 3:0 hesabı ilə qalib gələrək ilk dəfə Rusiya çempionu olub. 

1xeber.media  xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Komandanın mətbuat xidməti qələbəni tarixi adlandırıb.

İkinci yerdə daha əvvəl 6 dəfə Rusiya çempionu olmuş "Zenit" qərarlaşıb.

Qeyd edık ki, "Krasnodar" iş adamı Sergey Qalitskiyə məxsusdur.