Вернуться назад Распечатать

Azərbaycanın voleybol millisi Gürcüstana qalib gəlib

 Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.


1xeber.media xəbər verir ki, yığmamız İsveçdə təşkil olunan 1-ci tur çərçivəsində Gürcüstan yığması ilə üz-üzə gəlib. Komandamız bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.


Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan millimiz 1-ci turu 3 xalla başa vurub.


Qeyd edək ki, 2-ci turun qarşılaşmaları 13-15 iyun tarixlərində ölkəmizdə təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz Lüksemburq və Macarıstan yığmaları olacaq.


Avropa Gümüş Liqası (kişilər)

I tur (İsveç)

6 iyun


Azərbaycan - İsveç 0:3 (13:25, 20:25, 14:25)


7 iyun


Gürcüstan - Azərbaycan 0:3 (20:25, 18:25, 18:25)