Вернуться назад Распечатать

"Neftçi" daha bir oyunçu transfer etdi

 “Neftçi” komandası növbəti transferini rəsmiləşdirib.


Klubdan "Unikal"a verilən məlumata görə, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis heyətə cəlb olunub. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.


O, bu vaxtadək yalnız vətənində “Sportivo Ameliano” klubunda çıxış edib. Bu il meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.