Вернуться назад Распечатать

“Qarabağ”ın TRANSFER SİYAHISI-“İnter”də çıxış etmiş hücumçu Qurbanovun diqqətində

Belçikanın II liqasında çıxış edən “La Luvier”in hücumçusu Mohamed Belkeyr karyerasını Azərbaycanda davam etdirə bilər.

1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, əlcəzairli hücumçunun transferində “Qarabağ” maraqlıdır.

İddiaya görə, “Qarabağ”la yanaşı, 25 yaşlı forvardı Türkiyə klubları da transfer etmək istəyir.

Mohamed Belkeyr “Verona”nın (İtaliya) yetirməsidir. O, 2016-2018-ci illərdə “İnter”in U-19 komandasında çıxış edib.

Əlcəzair U-23 millisinin üzvü müqavilə ilə Niderlandın “Fortuna Sittard” klubuna məxsusdur.

Belkeyr davam edən mövsümdə Belçika II Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.