Türkiyənin “Qalatasaray” futbol klubunun sabiq futbolçusu və idman şərhçisi Ümid Aktan 76 yaşında dünyasını dəyişib.
1xeber.media xəbər verir ki, bu barədə “Qalatasaray” klubu rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb:
“Keçmiş futbolçumuz və Türkiyə idman mətbuatının dəyərli adı Ümid Aktanın vəfatı xəbərini dərin hüznlə öyrəndik”, - məlumatda qeyd olunub.