Вернуться назад Распечатать

Tarixi qələbə “Qarabağ”a MİLYONLAR QAZANDIRDI

Tarixi qələbə “Qarabağ”a MİLYONLAR QAZANDIRDI

Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda möhtəşəm qələbə qazanan “Qarabağ” böyük bonus əldə edib.

1xeber.media  xəbər verir ki, səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edən Ağdam klubu 3 xaldan savayı 2,1 milyon avro (4,24 milyon manat) qazanıb.
Bu, UEFA-nın qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində qazanılan hər qələbəyə görə verilən mükafatdır. Heç-heçə halında komandalara 700 min avro (1,42 milyon manat) ödənilir.