Вернуться назад Распечатать

"Qarabağ" fasiləyə üstün yollandı

Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçirilir.

1xeber.media  xəbər verir ki, 15-ci turun 3-cü oyun günündə son çempion "Qarabağ" hazırda 8-ci pillədə qərarlaşan "Neftçi"nin qonağıdır. Görüş saat 19:00-da başlayıb. Oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edir.

Ağdam klubu matçda qələbə qazanarsa, "Araz-Naxçıvan"ı geridə qoyaraq yenidən liderliyə yüksələcək. Qeyd etmək lazımdır ki, "Qarabağ" digərlərindən 1 oyun az keçirib. 

"Neftçi" qalib gələcəyi təqdirdə isə 7-ci pilləyə qalxacaq.

Bu komandalar arasında 1-ci dövrənin oyununda Qurban Qurbanovun komandası 4:0 hesabı ilə üstün olub. 

1 dekabr (bazar)

19:00. “Neftçi” – “Qarabağ” - 0:1 (Fasilə)

Qol: Leandro Andrade, 27

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirli, Elçin Məsiyev

VAR: Kamal Umudlu

AVAR: Elşad Abdullayev

“Neftçi Arena"

29 noyabr (cümə)

“Sabah” - “Səbail” - 1:0 

“Araz-Naxçıvan”  -“Turan Tovuz” - 1:0

30 noyabr (şənbə)

“Şamaxı” – “Kəpəz” - 0:1

“Zirə” – “Sumqayıt” - 4:1