Вернуться назад Распечатать

“Formula 1”: Sıralama turu başa çatdı - YENİLƏNİB

Azərbaycan Qran-prisi çərçivəsində "Formula-1" kateqoriyasında sıralama turu başa çatıb.

1xeber.media  xəbər verir ki, ən yaxşı nəticəni "Red Bull" komandasının pilotu Maks Ferstappen göstərib. İkinci yerdə "Williams" komandasının üzvü Karlos Sayns, üçüncü yerdə isə "Racing bulls" komandasının pilotu Liam Louson qərarlaşıblar.

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

 1xeber.media xəbər verir ki, mübarizəyə saat 16:00-da start verilib.

Yekunda əsas yarışa birinci sırada başlayan pilot müəyyənləşəcək.

***

Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.

1xeber.media xəbər verir ki, "Hıtech TGR"dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

Beqanoviçin komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub.

***

Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

1xeber.media  xəbər verir ki, mübarizəyə saa 14:15-də start verilib.

 Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

***

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

1xeber.media xəbər verir ki, pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

Daha sonra "Formula-2"də sprint yarışı, ardınca "Formula-1"də sıralama turu baş tutacaq.

Azərbaycan Qran-prisində ikinci günün proqramı

20 sentyabr

12:30. "Formula-1": Üçüncü sərbəst yürüş

14:15. "Formula-2": Sprint yarışı

16:00. "Formula-1": Sıralama turu