Вернуться назад Распечатать

“Liverpul” “Mançester Siti”nin məğlubiyyət seriyasını 7-ə çıxartdı

İngiltərə Premyer Liqasının 13-cü turunun mərkəzi matçı “Enfield Roud” stadionunda keçirilib.

1xeber.media xəbər verir ki, “Liverpul” hesabat turunda “Mançester Siti” ilə qarşılaşıb. Görüş “Liverpul” 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Kodi Qakpo 12, Mohamed Salah 78 (pen)

Qeyd edək ki, “Liverpul” 34 xalla liderliyi möhkəmləndirib. “Mançester Siti” isə 23 xalla 5-ci pillədə qərarlaşıb.