Вернуться назад Распечатать

Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışlarına start verilib

  Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün oktyabrın 2-də kamandan oxatma yarışları  başlayıb. Yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub.

1xeber.media xəbər verir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, turnirdə 7 ölkədən 40 idmançı iştirak edir. Yarışlarda Azərbaycan 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 idmançı ilə təmsil olunur. Yarışı şəhərin sakinləri, Qarabağ  Universitetinin tələbələri, media nümayəndələri izləyir.