Вернуться назад Распечатать

"Yuventus"dan antirekord

İtaliya çempionatının XIV həftəsində "Yuventus" "Leççe" ilə oyunun son dəqiqələrində (1:1) qələbəni əldən verib.

1xeber.media xəbər verir ki, Tiaqo Mottanın yetirmələri 68-ci dəqiqədə Andrea Kambiasonun qolu ilə önə keçib.

Meydan sahibləri 93-cü dəqiqədə Ante Rebiçin qolu ilə hesabı bərabərləşdirib.


Bununla da, "Yuventus" bir il ərzində ilk dəfə 18 heç-heçə edib.

Əvvəlki rekord 68 il əvvəl qeydə alınıb.