Вернуться назад Распечатать

"Çelsi"də CİDDİ İTKİ

London təmsilçilərindən "Çelsi" aparıcı futbolçularından birini itirib.

1xeber.media xəbər verir ki, Uesli Fofana zədə səbəbindən ilin sonuna qədər sıradan çıxıb.

Belə ki, İngiltərə Premyer Liqasının 13-cü turunda "Aston Villa" ilə evdə keçirilən görüşdə “zadəganlar”ın oyunçusu sağ ayaq budundan zədələnib.

23 yaşlı Fofana 60-cı dəqiqədə əvəzlənib.

Klubun baş məşqçisi Enzo Mareska məsələ haqda bu cür danışıb: “Fofana ən azı üç, hətta beş həftəni buraxacaq. Ciddi itkidir”.