Вернуться назад Распечатать

Ronaldu bu yığmanın oyunlarına çağırıldı

"Ən-Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qarşıdakı oyunları üçün Portuqaliya yığmasına çağırılıb.

1xeber.media xəbər verir ki, bu barədə Portuqaliya millisinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, yığma komanda oktyabrın 11-də İrlandiya, oktyabrın 14-də isə Macarıstan milliləri ilə qarşılaşacaq.

Portuqaliya yığması iki turdan sonra altı xalla F qrupunda liderdir. 40 yaşlı Ronaldu yığmada keçirdiyi 223 matçda 141 qol vurub və 45 məhsuldar ötürmə verib.