İtaliya A seriyasında 2023/24 mövsümünün ən yaxşı baş məşqçisi açıqlanıb.
1xeber.media xəbər verir ki, bu ada “İnter”in çalışdırıcısı Simone İnzaqi layiq görülüb.
Mükafata “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini və “Yuventus”un çalışdırıcısı Tyaqo Motta da namizəd idi.
Qeyd edək ki, İnzaqinin çalışdırdığı “İnter” ötən mövsüm A seriyasının qalibi olub.