Вернуться назад Распечатать

"Kəpəz" "Zirə"yə məğlub OLDU

Misli Premyer Liqasının XVI turunda "Kəpəz" "Zirə"yə məğlub olub.

1xeber.media xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan oyunda gəncəlilər 0:4 hesabı ilə uduzublar.

Bu qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "Zirə" dördüncü pillədə yer alıb. "Kəpəz" isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.