Вернуться назад Распечатать

Misli Premyer Liqa: XVI tura "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vuruldu

Bu gün Misli Premyer Liqasında 16-cı tura yekun vurulub.

1xeber.media xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.

"Turan Tovuz" öz meydanında "Şamaxı" ilə qarşılaşıb. Bu görüşə qədər "Turan Tovuz" ardıcıl 4, "Şamaxı" isə 8 oyundur ki, qələbə qazana bilmirdi. Bugünkü matç isə gərgin və qarşılıqlı qollar şəraitində keçib. "Şamaxı" oyun ərzində iki dəfə hesabda irəli çıxsa da, sonra "Turan Tovuz" qalib gəlib - 3:2.

Bu komandalar arasında 1-ci dövrədə keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

9 dekabr

Misli Premyer Liqası, 16-cı tur

19:00. “Turan Tovuz”– “Şamaxı” - 3:2

Qol: Belajdi Pusi, 12 (0:1), Roderik Miller, 21 (1:1), Edqar Adilxanov, 39 (1:2), . Alexandro Serrano, 60 (2:2), Roderik Miller, 90+4 (3:2)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev

VAR: Nicat İsmayıllı

AVAR: Şirmamed Mamedov

Tovuz şəhər stadionu

7 dekabr

“Səbail” - “Araz-Naxçıvan” - 0:2

“Sabah” - “Qarabağ” - 1:1

8 dekabr (bazar)

“Sumqayıt” – “Neftçi” - 2:0

“Kəpəz” – “Zirə” - 0:4