Вернуться назад Распечатать

Nərimanın yeni klubunun meneceri danışdı

Xəbər verdiyimiz kimi,"Qarabağ"-ın Sabiq oyunçusu Nəriman Kolumbus Kryu" klubuna transfer olunub.


1xeber.media bildirir ki,"Kolumbus Kryu"nun baş meneceri İssa Toll transfer haqqında danışıb.

"Nəriman klubumuza fərqli bacarıqlar gətirəcək və bu, komandamıza əlavə bir ölçü qatacaq. Onun texniki keyfiyyətləri və yüksək iş əzmi oyun üslubumuzla çox yaxşı uyğunlaşır.

Gənc yaşına baxmayaraq, Nəriman artıq həm ölkə daxilində, həm Avropa səviyyəsində, həm də milli komandada təcrübə qazanıb. Onu Kolambusda qarşılamaqdan məmnunuq və klubumuzda necə inkişaf edəcəyini səbirsizliklə gözləyirik".