Вернуться назад Распечатать

AFFA-dan özünə xəsarət yetirən futbolçuya ağır cəza

Misli Premyer Liqasının I turunun "Sumqayıt" – "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.

1xeber.media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə "Sumqayıt" klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan "Neftçi" 700 manat cərimələnib.

Sözügedən turda baş tutan "Qarabağ" – "Şamaxı" matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaq komanda 700 manat cərimələnib.

Xatırladaq ki, “Sumqayıt” klubunun kapitanı Səbuhi Abdullazadə “Neftçi” ilə matçda qırmızı vərəqə alıb meydandan çıxarkən stadionun qapısını sındırıb və nəticədə şüşə onun ayağına düşərək ciddi zədə almasına səbəb olub. Futbolçu bu səbəbdən əməliyyat edilib.