Вернуться назад Распечатать

Juninyonun “Flamenqo”ya transferi rəsmiləşdi

"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, 2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.