Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manat vergi daxil olub.
1xeber.media bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,05 % azdır.
10 aylıq vergi daxilolmalarının 9 milyard 551,4 milyon manatı və yaxud 67,5 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,9 % çoxdur.