Вернуться назад Распечатать

Mənzil bazarında bahalaşma - Qiymətlər 4% artdı

2024-cü ilin III rübündə mənzil bazarında qiymət indeksi II rübə nəzərən 3.8% yüksəlib. İlkin mənzil bazarında qiymətlər 4.3%, təkrar mənzil bazarında isə 3.7% bahalaşıb.

1xeber.media Teleqraf.com-a istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ümumi mənzil bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət indeksi 9.2% olub.

İlkin mənzil bazarında 10.3%, təkrar mənzil bazarında isə 9.1% artım baş verib.