T.Rzayev bildirib ki, son illər ərzində həmin ərazilərdə 100 min hektardan çox sahədə taxıl, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları yetişdirilib. Məlumata görə, artıq minalardan təmizlənmiş 600 min hektardan çox sahə əkinə yararlı vəziyyətə gətirilib və az bir zamanda istifadəyə verilməsi gözlənilir.

“Əlbəttə ki, bu, ölkəmizin kənd təsərrüfatına çox böyük fayda verəcək. Çünki artıq kənd təsərrüfatında yeni texnologiyalar tətbiq olunur. Bu texnologiyaların tətbiq edilməsi nəticəsində həmin sahələr əkin dövriyyəsinə daxil olunduqdan sonra düşünürəm ki, məhsuldarlıq xeyli arta və kənd təsərüfatı məhsullarının bolluğu yarana bilər. Odur ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında həmin ərazilər böyük rol oynayacaq”, - deyə komitə sədri əlavə edib.

İqtisadiyat.az