2024 cü il yanvar-noyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 34 milyard 55,8 milyon manat, xərcləri isə 31 milyard 38,1 milyon manat təşkil edib.
1xeber.media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, büdcənin icrasında 3017,7 milyon manatlıq profisit yaranıb. Bu da ümumi daxili məhsulun 2,7 faizinə bərabərdir.
Daxilolmaların 24,2 faizi əlavə dəyər vergisi, 19,4 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,1 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,7 faizi fiziki şəxslərin gəlir vergisi, 4,3 faizi aksizlər, 1,1 faizi sadələşdirilmiş vergi, 1,8 faizi vergilərin digər növləri, 39,4 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 22,80 faizi iqtisadi fəaliyyətin, 18,51 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 12,21 faizi sosial müdafiə və sosial təminatın, 12,20 faizi ümumi dövlət xidmətlərinin, 11,90 faizi təhsilin, 7,81 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının, 5,11 faizi səhiyyənin, 9,46 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri 37 milyard 719,7 milyon manat təşkil edib. Büdcənin icrasında 555,5 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,4 faizi qədər kəsir yaranlb.