Cəlilabaddan olan Vətən müharibəsi şəhidi Əli Qəmbərovun atası Mahir Qəmbərov dünyasını dəyişib.
1xeber.az xəbər verir ki, Mahir Qəmbərov dünən yaşadığı rayonda həyatını itirib.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Əli Qəmbərov 2020-ci il oktyabrın 6-da Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.