Вернуться назад Распечатать

Bakıda “Randevu” şirniyyat mağazasından alınan tort daş kimi çıxdı - VİDEO

Bakıda satılan tort daş kimi çıxdı.

Bakının Xəzər rayonunda fəaliyyət göstərən “Randevu” şirniyyat mağazasından alınan tortun daş kimi bərk olması alıcıların ciddi narazılığına səbəb olub.

1xeber.media xəbər verir ki Patrulaz.az-a daxil olan məlumata görə, Zaqulba qəsəbəsində yerləşən mağazadan alınan “Kiyevski” adlı tortun bərkliyi o qədər çox olub ki, çəngəl belə ona batmayıb. Hadisə alıcının çəkdiyi görüntülərlə də təsdiqlənib.

Narazı müştəri bildirib ki, bu ilk dəfə deyil:
“Daha əvvəl də bu mağazadan tort almışdıq, yenə eyni vəziyyətlə qarşılaşdıq. Mağaza kassirinə iradımızı bildirdik, o isə bizə “Mən olsam, heç bizdən şirniyyat almazdım”,- cavabını verdi.

Qeyd edək ki, müştərilər “Randevu” şirniyyat evində satılan məhsulların keyfiyyətsizliyindən narazıdır və məsul qurumların bu cür hallara nəzarət etməsini tələb edirlər.