Вернуться назад Распечатать

Prezidentin açılışını etdiyi meydançanı kimlər satıb?-VİDEO

Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsiylə Elman Qasımov küçələrinin kəsişməsində,Fövqaladə Hallar nazirliyinin akademeyasıyla üzbə üz yerləşən 1.62 hektar futbol meydançası.2005-ci ildə istifadəyə verilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev şəxsən açılışda iştirak edib. Futbol meydançası 2015-ci ilə kimi fəaliyyət göstərib

Ondan sonra isə baxımsız hala düşüb. Bir müddət öncə meydança “Yaşıl Mənzərə ” MMC- yə icarəyə verilib. Həmin icarə müddəti isə 2025-ci ilin noyabr ayında bitir. Buna baxmayaraq ərazidə hündürmərtəbəli binaların tikintisinə başlanılıb. Məsələ ilə bağlı bir qrup qazinin Bakı şəhər İcra Hakimiyyəti, Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə göndərdiyi sorğularda məsələdən məlumatsızlıq nümayiş etdirilir.

Suallarımıza cavab tapmaq üçün Suraxanı RİH-də olduq. Məsul şəxslər suallarımızı cavablandırmaq əvəzinə balaca bir vərəqə cızma-qara edib aşağı – yuxarı otaqları gəzərək vaxt qazanmağa çalışdılar. Bizə növbəti gün cavab verəcəklərini bildirsələr də hələ susqunluq qorunur. Ümidvarıq ki, möhtərəm başçının aidiyyatı qurumlar qarşısında məntiqli cavabı olacaq. Axı cənab prezident Adil Əliyevi etimad göstərib vəzifəyə təyin edəndə rayonun müqəddəratını da həvalə edib. Biz mövqeyi səbirsizliklə gözləyirik. Mövzuya qayıdacağıq.

aztimes.az