Azərbaycan mətbuatı və media nümayəndələri ilə hüquq-mühafizə orqanları arasında qırılmaz və şəffaf bir körpü quran DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Elşad Hacıyevin bu gün doğum günüdür.
Uzun illərdir informasiya sahəsində göstərdiyi operativ, dəqiq və obyektiv fəaliyyətlə seçilən Elşad Hacıyev, ölkə jurnalistlərinin ən yaxın dostu və etibarlı tərəfdaşı kimi qəbul olunur. İstənilən böhranlı və ya cari hadisə zamanı medianın suallarını vaxtında cavablandıran, mətbuat nümayəndələrinə göstərdiyi yüksək diqqət və səmimi münasibətlə fərqlənən mətbuat katibi, həm də cəmiyyətdə polis-vətəndaş münasibətlərinin müsbət məcrada inkişafına böyük töhfələr verib.
Yüksək daxili mədəniyyəti, ziyalılığı və peşəkarlığı ilə hər kəsin rəğbətini qazanan Elşad müəllim, rəhbərlik etdiyi xidməti fəaliyyətdə hər zaman dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirib. Onun rəhbərliyi altında DİN-in media siyasəti tamamilə yeni, dinamik və açıq bir mərhələyə qədəm qoyub.
1xeber.media komandamız və bütün jurnalist həmkarlarımız adından Elşad Hacıyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona şərəfli xidmətində yeni müvəffəqiyyətlər, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayırıq!