Вернуться назад Распечатать

İki fərqli model: Azərbaycanda dünyəvilik, İranda isə siyasi təbliğat-VİDEO

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, din dövlətdən ayrıdır və təhsil sistemi tamamilə dünyəvi xarakter daşıyır. Nazirlər Kabinetinin məktəbli formaları ilə bağlı qəbul etdiyi son qərarın əsas məqsədi də şagirdlər arasında sosial bərabərliyi qorumaq, məktəbləri hər hansı dini və ya siyasi ideologiyaların təsirindən uzaq tutmaqdır. Təhsil ekspertləri qeyd edirlər ki, dünyəvi məktəb dini inkar etmir, sadəcə olaraq təhsil ocağının fərqli dini etiqadların nümayiş və təbliğat məkanına çevrilməsinin qarşısını alır. 

Lakin teokratik idarəetmə üsuluna malik olan İran İslam Respublikasının rəsmi və dini dairələri Azərbaycandakı bu daxili nizam-intizam qaydalarını müntəzəm olaraq öz daxili və xarici siyasi maraqlarına uyğun şəkildə manipulyasiya edirlər. İranın bəzi din xadimləri və media resursları bu vahid geyim qaydalarını "İslama və dini azadlıqlara qadağa" kimi təqdim etməyə çalışır, Bakının dünyəvilik siyasətinə qarşı qarayaxma kampaniyaları təşkil edirlər. 
Politoloqlar bildirirlər ki, İranın bu reaksiyası təsadüfi deyil. Rəsmi Tehran öz daxilində məktəb və universitetlərdə qızlara sərt geyim və qara çadra məcburiyyəti tətbiq etdiyi halda, dünyəvi Azərbaycan modelinin regiondakı təsirindən ehtiyat edir. Azərbaycanda məktəblərin elmi, bərabərhüquqlu və modern mühit kimi qorunması, təhsilin şəriət qaydalarından uzaq tutulması qonşu ölkənin teokratik rəhbərliyi tərəfindən öz ideoloji təhlükəsizliklərinə "təhdid" kimi qəbul olunur. Nəticədə, tamamilə inzibati və dünyəvi xarakter daşıyan məktəb forması qaydaları İran tərəfindən qəsdən dini müstəviyə çəkilərək siyasi təzyiq alətinə çevrilir