1xeber.media xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi müddəti 2029-cu ilə qədər uzadılıb.
Əvvəlki sərəncamda bu müddət 2026-cı ilə qədər müəyyən edilmişdi. Yeni dəyişikliklə maliyyələşdirmə daha üç il davam etdiriləcək.
Ayrılan vəsait hesabına müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə təmin edilməsi, eləcə də əlilliyi olan şəxslərin reabilitasiya vasitələri və reabilitasiya xidmətləri ilə təmin olunması nəzərdə tutulur.